“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 25-də məktəbin akt zalında “Uşaq hüquqları aylığı” çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və Ombudsman Aparatının əməkdaşı Azər İsalı məktəbin şagirdləri ilə görüş keçirib.

Görüş zamanı çıxış edənlər, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaqların istismardan və ayrı-seçkilikdən müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə üsulları, məişət zorakılığı və erkən evliliyin fəsadları, uşaqların internet təhlükəsizliyi barədə şagirdlərə ətraflı məlumat veriblər. Bununla yanaşı, görüşdə uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman təsisatı tərəfindən görülən işlər, 916 nömrəli Çağrı Mərkəzi haqqında məlumat diqqətə çatdırılıb.

Təlim zamanı uşaqlar xüsusi fəallıq göstərərək fikirlərini bölüşüblər. Onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi