Şəhidin əziz xatirəsi yad olunub

Oktyabrın 24-də məktəbin həyətində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış İbrahimli Cavidan Nizami oğlunun əziz xatirəsi yad olunub.
Anım mərasimində məktəbin rəhbər işçiləri, kollektivi, şəhidin ailə üzvləri, yaxınları, iştirak ediblər.
Mərasim iştirakçıları tərəfindən Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub, şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.
Çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev şəhidlə bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıb.
İbrahimli Cavidan Nizami oğlu 236 nömrəli tam orta məktəbin məzunu olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu - əsgər İbrahimli Cavidan Nizami oğlu (ölümündən sonra) dekabrın 15-i Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı, dekabrın 25-i isə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.