Milli Xalça Muzeyinə ekskursiya təşkil edilib

Oktyabrın 21-də məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyeva rəhbərlik etdiyi 2 “E” sinfinin şagirdləri ilə birgə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər.

Ekskursiya çərçivəsində şagirdlər muzeydə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar.

Şagirdlərə xalçalardakı kompozisiya və ornamentlər, onların rəmzi mənaları barədə maraqlı və geniş məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi