“Ekoloji problemlər və ətraf mühitin qorunması” mövzusunda dərs keçirilib

Oktyabrın 19-da məktəbin biologiya müəllimi Təranə Yusifova 8 “A” sinfində biologiya fənnindən “Ekoloji problemlər və ətraf mühitin qorunması” mövzusunda maraqlı dərs aparıb.
Müəllim ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması barədə danışıb.
Şagirdlər mövzu haqqında maraqlı təqdimatlar hazırlayıblar.