“Xoşbəxt məktəb mühiti” mövzusunda maarifləndirici seminar keçirilib

Oktyabrın 17-də məktəbin psixoloqu Vəcahət Əliyeva və uşaq birliyi rəhbəri Tünzalə Cəfərova yuxarı sinif şagirdlərinə “Xoşbəxt məktəb mühiti” mövzusunda maarifləndirici seminar keçiriblər.

Seminarın keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarət olub.

Tünzalə Cəfərova  mövzu ətrafında müzakirələr aparıb, dövrümüzün qlobal problemlərindən olan bullinq və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, məktəbdə və ailədə bu cür halların aradan qaldırılması yollarından söz açıb.

Sonda psixoloq tərəfindən şagirdləri maraqlandırılan suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi