Abşeron Milli Parkına ekskursiya təşkil edilib

Oktyabrın 15-də məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalova rəhbərlik etdiyi 2 "Ə" sinif şagirdləri ilə birgə Abşeron Milli Parkına ekskursiya ediblər.
Şagirdlər müxtəlif quş növlərini, xüsusilə də flaminqoları müşahidə ediblər.
Müəllim şagirdlərə köçəri quşların yay və qış aylarında köçü, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, bərk və məişət tullantılarının idarə olunması haqqında məlumat verib.