Ölkəmizi tanıyaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan «Ölkəmizi tanıyaq» devizi ilə məktəblilərin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası baş tutdu. Layihə çərçivəsində Səbail rayonu 236 nömrəli tam orta məktəbin X sinif şagirdləri İsmayılzadə Ağarəhim Natiq oğlu və Qafarova Səmra Elçin qızı da Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşdülər. Ekskursiya zamanı məktəblilər doğma diyarın tarixi yerlərinə, muzeylərirə səfər etmiş və bir sıra tədbirlərdə iştirak etmişlər. Tur-aksiya zamanı Səmra Qafarovanın iştirak etdiyi məktəblilər arasında keçirilən "Breyn rinq" yarışmasında Səbail rayonu komandası II yerin sahibi olmuş, diplom və kubok əldə etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi