Beynəlxalq Konfrans

17-18 noyabr 2016- cı il tarixdə məktəbimizin bir qrup əməkdaşı, məktəbin direktoru – “Əməkdar müəllim” Xanlar İmaməliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini - Yaqut Həsənova, Azərbaycan dili və ədəbiyyat müəllimi – “Əməkdar müəllim” Azadə Əfəndiyeva, Riyaziyyat və İnformatika müəllimi – “Əməkdar Müəllim” Şəhla Novruzova, Tarix müəllimi – “Qabaqcıl Təhsil işçisi döş nişanı” ilə təltif olunmuş Rövşanə İsmayılova, Kimya müəllimi Mehbarə Səlimova , Azərbaycan dili və Ədəbiyyat müəllimi Sənubər Kazımova, Biologiya müəllimi İradə Axundova Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə layihəsi əsasında “Təhsili dəstəkləyən yenilik və innovasiyalar” mövzusunda şagird nailiyyətlərin artırılmasında maraqlı olan müəllim və digər təhsil işçiləri üçün təşkil edilmiş Beynəlxalq Konfrasda iştirak etmişlər. 2 gün davam edən konfrasda tanınmış iki Beynəlxalq məzurəçi Bill Martin (ABŞ) “Uğura nail olan məktəblər” və Debra Mastersin (YENİ ZELLANDİYA) “Görünən təlim” mövzularında məruzələri dinlənilmişdir. Əvvəlcədən hazırlanmış proqram əsasında ayrı-ayrı qruplar üzrə maraqlı bölmə iclasları keçirilmişdir. Konfrans iştirakçıları keçirilən tədbirdə xoş təəssüratla ayrıldılar. Sonda iştirakçılara Sertifikatlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi