İnşa yazı müsabiqəsində medal və diplomla təltif olunub

Oktyabrın 11-də Səbail Rayon İcra Hakimiyyətinin və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Səbail Rayon İcra Hakimiyyətində Səbail rayon məktəbliləri arasında 27 Sentyabr–Anım Gününə həsr olunmuş “Son beşiyimiz Vətəndir!” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqədə məktəbin 7 “B” sinif şagirdi Xədi̇cə Qurbanlı ikinci yeri tutduğuna görə Baş İdarə tərəfindən medal və müvafiq dərəcəli diplomla təltif olunub.
Afərin Xədi̇cə!