Azərbaycan Dövlət İqtisad Universiteti təşəkkür məktubu ünvanlayıb

UNEC - Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov məktəbin direktoru Xanlar İmaməliyevə təşəkkür məktubu göndərib. Məktubda bildirilib ki, rəhbərlik etdiyiniz məktəbin 2021-2022-ci tədris ilinin məzunu Məcidov Həmid Əzizağa oğlu 2021-2022-ci dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək 655 bal toplayıb Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakültəsinə daxil olub və ali təhsil müəssisəsinin tələbəsi adını qazanıb.

Prorektor ölkənin gələcək inkişafı üçün əsaslı elmi biliklərə, milli mənəvi dəyərlərə malik nümunəvi gənclərin yetişdirilməsində müəllimlərin müstəsna rolu olduğuna görə məktəb rəhbərliyinə və heyətinə dərin təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, Məcidov Həmid Əzizağa oğlu Dövlət İmtahan Mərkəzi  tərəfindən keçirilən ali təhsil müəsissələrinə qəbul imtahanlarında yüksək nəticə göstərdiyinə görə Prezident təqaüdünə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi