Peşə fəaliyyətində fərqləniblər

Oktyabrın 5-də Səbail Rayon İcra Hakimiyyətində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Səbail rayon təhsil müəssisələrinin rəhbər işçiləri və müəllimləri ilə görüş təşkil olunub.

Görüşdə məktəbin direktoru Xanlar İmaməliyev və məktəbin ibtidai sinif müəllimləri Səbinə Abdullayeva və Xatirə Cəfərova iştirak ediblər.

Müəllimlərə peşə fəaliyyətində fərqləndiklərinə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi