Məktəbin Fəxri fərmanı ilə təltif olunublar

Oktyabrın 4-də məktəbdə müəllimlər otağında məktəbin pedaqoji kollektivinin iştirakı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin 60 və 65 yaş həddinə çatmış müəllimlərinə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzvü Azadə Əfəndiyeva tərəfindən məktəbin Fəxri fərmanı, gül dəstəsi və xatirə hədiyyəsi təqdim edilib.
Məktəbin rəhbər işçiləri təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıblar.
Müəllimlər məktəbin direktoru Xanlar İmaməliyevə göstərilən yüksək qayğıya görə təşəkkürlərini bildiriblər.