Prezident təqaüdünə layiq görülüb

Oktyabrın 3-də Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2022-2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

236 nömrəli tam orta məktəbin 2021-2022-ci tədris ilinin məzunu, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarına layiq görülən Məcidov Həmid Əzizağa oğlu 102 tələbədən biridir.

Qeyd edək ki, Məcidov Həmid Əzizağa oğlu 2021-2022-ci dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək 655 bal toplayıb Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakültəsinə daxil olub.

Məktəb rəhbərliyi və kollektivi adından Həmidi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi