Təhsil sərgi-yarmarkasında iştirak ediblər

Sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçirilib.

Məktəbin ibtidai sinif müəllimləri Nailə Qələndərova, Səadət Həsənova və rəhbərlik etdikləri sinfin şagirdləri təhsil yarmarkasında iştirak ediblər.

Sərgi çərçivəsində şagirdlər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi