“Ailə ağacı” hazırlayıblar

Sentyabrın 29-da məktəbin ibtidai sinif müəllimi Bənövşə Əliyeva rəhbərlik etdiyi 2 “B” sinfində Azərbaycan dili fənnindən “Qohumlar” mövzusunda dərs aparıb.

Şagirdlər verilən tapşırığa əsasən torpaq dolu gül dibçəklərinə çoxşaxəli budaqları yerləşdirərək hər budağa üzərində qohumlarının adları qeyd olunmuş rəngli kağızlar taxaraq “Ailə ağacı” hazırlayıblar.

Dərsin əsas məqsədi sxem vasitəsilə şagirdlərə təbiəti sevdirmək, qohumluq əlaqələrini izah etmək və qohumluq bildirən sözləri mənimsətməkdən, həmçinin şagirdlərin qrafik informasiyanı rabitəli cümlələr quraraq izah etmək bacarıqlarını formalaşdırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi