“Vətən müharibəsi xatirələrdə” adlı tədbir keçirilib

Sentyabrın 27-də məktəbin uşaq birliyi rəhbəri Tünzalə Cəfərova və məktəbin ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə məktəbin həyətində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Vətən müharibəsi xatirələrdə” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Tədbirin sonunda şagirdlərin iştirakı ilə səmaya şəhidlərin adı yazılan ağ şarlar buraxılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi