Ətraf mühitin qorunması və ekologiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 26-da məktəbin biologiya və həyat bilgisi müəllimi İradə Axundova məktəbin foyesində “Ətraf mühiti tullantılardan qoruyaq” adlı ətraf mühitin qorunması və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri, bərk məişət tullantılarının idarə edilməsi ilə əlaqədar maarifləndirmə tədbiri keçirib.
Məktəbin foyesində məktəb şagirdləri tərəfindən hazırlanmış maarifləndirici lövhələr vurulub.
Tədbirin məqsədi məktəblilərin ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarət olub.