Anım Günü ərəfəsində şəhidlərimizin məzarları ziyarət edilib

Sentyabrın 26-da məktəbin ingilis dili müəllimi Nurlana Məlikova rəhbərlik etdiyi 8 "C" sinif şagirdləri ilə birgə İkinci Fəxri xiyabanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən, Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizin məzarını ziyarət ediblər.
Şagirdlər misilsiz şücaətlər nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyulublar.