9-cu sinfi fərqlənmə attestatı ilə başa vurdular

İyulun 19-da məktəbin direktoru Xanlar İmaməliyevin təqdimatında məktəbin 9-cu sinif şagirdlərinə ümumi orta təhsil haqqında fərqlənmə attestatı təqdim olunub.
2021-2022-ci tədris ilində məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirmiş, ümumi orta təhsil təhsil səviyyəsində oxuduqları müddət ərzində nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri beş olan, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında hər bir fənn üzrə 75-dən yuxarı bal toplayan adları aşağıda qeyd olunan altı nəfər 9-cu sinif şagirdinə ümumi orta təhsil haqqında fərqlənmə attestatı təqdim edilib.
1. | Kərimli Aişə Qalib qızı | 9 “A” |
2. | Məmmədova Lalə Ramiz qızı | 9 “A” |
3. | Rəsullu Elşad Elşən oğlu | 9 “A” |
4. | Bayramov İbrahim Mikayıl oğlu | 9 “B” |
5. | Əliyev Sabir Hafiz oğlu | 9 “E” |
6. | Laçinova Sara Ruslan qızı | 9 “E” |