Şahmat turnirinin qalibi olub

İyulun 15-də Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Ev” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində 20 iyul - Beynəlxalq Şahmat Gününə və beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Turnirdə məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadə 1-ci yeri tutduğuna görə diplom və medalla təltif olunub.
Afərin Paşam!