“Fuad Cəfərov Memorialı-2022” adlı beynəlxalq şahmat festivalında qaliblər sırasında olub

İyulun 3-də Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan “Fuad Cəfərov Memorialı-2022” adlı beynəlxalq şahmat festivalı keçirilib.
Memorialda Azərbaycan ilə yanaşı, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçı mübarizə aparıb.
Şahmat festivalında məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadə açıq turnirdə üçüncü yeri tutub. Ona müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.