Landau şahmat festivalında fəal iştirak ediblər

İyulun 4-də "Landau School"un və "Nine Senses" İncəsənət Mərkəzinin, Gənclər və İdman, Təhsil nazirliklərinin və Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə keçirilən Landau şahmat festivalında qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
14 yaşadək qızlar və oğlanlar arasında - məktəbin 8 “Ə” sinif şagirdi Ayşə Əliyeva 1-ci yeri, müxtəlif yaş qruplarında - məktəbin 8 “E” sinif şagirdi Banu Əliyeva 2-ci yeri tutduğuna və məktəbin 1 “Ə” sinif şagirdi Cansu Əlizadə şahmat festivalında fəal iştirakına görə medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Qalibləri təbrik edən federasiya rəsmisi turnirdə iştirak edən uşaqlara gələcək şahmat yarışlarında uğurlar arzulayıb.
Onu da qeyd edək ki, qalib şagirdlər şahmat yarışlarında daim öz rəqiblərini mat qoyan məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadənin bacılarıdır.