Şahmat üzrə Azərbaycan birinciliyində fəallıq göstərib

İyunun 24-də Gənclər və İdman Nazirliyinin dəstəyi Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə şahmat üzrə keçirilən 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.
3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-İdman Məktəbində təşkil edilən turnirdə 12 yaşlılar arasında mübarizə aparan məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadə ikinci yeri tutub.
Paşam Əlizadə Gənclər və İdman Nazirliyinin diplomu və federasiyanın medalı ilə təltif olunub.