Tamaşa coşqu və alqışlarla qarşılanıb

İyunun 25-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Dənizçi Günü” ilə əlaqədar xüsusi tədbir təşkil olunub.

Tədbirdə məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın rəhbərlik etdiyi 1 “Ə” sinif şagirdləri müxtəlif səhnəciklər nümayiş etdiriblər. Şagirdlər dənizçi geyimlərində gəmiçiliyin tarixini, ənənələrini əks etdirən tamaşalar təqdim ediblər. Balacaların tamaşasını gəmi-muzeyin qonaqları coşqu və alqışlarla qarşılayıblar.

Tədbirdən sonra şagirdlər bələdçilərin müşayiəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar, həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi