İntellektual oyun keçirilib

İyunun 23-də məktəbin rus dili müəllimi Lalə Qasımova və məktəbin ingilis dili müəllimi Dinara Əmirova “Yay məktəbi” layihəsi çərçivəsində məşğələyə yazılan 7-ci sinif şagirdləri arasında intellektual oyun keçiriblər.
Ekologiyaya həsr olunmuş yarışma beş raunddan ibarət olub. Hər raunda uyğun olaraq şagirdlər müxtəlif mövzularla bağlı sualları cavablandırmağa çalışıblar. İki qrupda ayrı-ayrılıqda oyunlar keçirildikdən sonra ilk iki yerin sahibləri əsas mərhələyə adlayaraq mükafatlar uğrunda mübarizəni davam etdiriblər.