Esse müsabiqəsi keçirilib

İyunun 23-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Sahilə Məhərrəmova və Sənubər Kazımova “Yay məktəbi” layihəsi çərçivəsində məşğələyə yazılan 5-ci və 6-cı sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” adlı hekayə və esse müsabiqəsi keçiriblər.

Müəllimlər yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə şagirdlərə ətraflı məlumat veriblər.

Esse müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik ruhunu duymaq, eyni zamanda, onların dilimizin zənginliyindən istifadə edərək yaradıcılıq qabiliyyətinin, bilik və bacarıqlarının yoxlanılması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi