“Yay məktəbi”ndə şahmat birinciliyi keçirilib

İyunun 22-də “Yay məktəbi” layihəsi çərçivəsində məktəbin fiziki tərbiyə müəllimi Şakir Quliyev məşğələyə yazılan şagirdlər arasında şahmat birinciliyi keçirib.
Sürətli şahmat qaydalarına uyğun keçirilən turnir 5 mərhələdən ibarət olub. Komandalar qarşılaşarkən kapitan rəqib kapitanla, ailə üzvü isə rəqib komandanın ailə üzvü ilə mübarizə aparıb. Hər bir üzvün qazandığı xalların cəmi komandanın xalı kimi hesablanıb və ən çox xal toplamış komandalar turnirin qalibi elan olunub.