11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb

İyunun 14-də məktəbdə “Əlvida məktəb” adlı son zəng tədbiri keçirilib.

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, 2021-2022-ci tədris ilində qazanılan uğurlardan, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində yürütdüyü qətiyyətli siyasətdən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb.

Daha sonra məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən təhsildə, idmanda, yaradıcılıqda fərqlənən şagirdlərə və məzunlara təşəkkürnamələr təqdim olunub.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi