Beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalını qazanıb

İyunun 7-də 20 nömrəli məktəb-liseydə “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) beynəlxalq riyaziyyat olimpiadasında qalib şagirdlərin mükafatlandırma mərasimi keçirilib.
Olimpiadada uğurlu nəticə göstərən məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadəyə gümüş medal və diplom təqdim olunub.
Onu da qeyd edək ki, “SASMO” beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsində məqsəd aşağı siniflərdə təhsil alan şagirdlərin riyaziyyat fənninə motivasiyasını artırmaq, yuxarı sinif şagirdlərinin isə xarici ölkələrdə təhsil almalarına şərait yaratmaqdır.