Bədii gimnastika üzrə turnirdə uğurla çıxış edib
İyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə birinci açıq birinciliyi keçirilib.
İki gün davam edən yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə çıxış ediblər.
Məktəbin 3 “F” sinif şagirdi Fərəh Əhmədzadə 2012-ci il təvəllüdlü gimnastlar arasında birinci yer tutduğuna görə medal və diplomla təltif edilib.