“Ağac əkək, təbiətə töhfə verək” adlı ekoloji aksiya keçirilib

İyunun 3-də məktəbin ibtidai sinif müəllimi Lalə Əliyeva rəhbərlik etdiyi 2 “D” sinif şagirdləri ilə birgə 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan “Ağac əkək, təbiətə töhfə verək” adlı məktəbdə ağacəkmə aksiyası keçirib.

Lalə müəllim şagirdlərlə birgə məktəbin həyətində müxtəlifcinsli meyvə ağacı, gül və bəzək kolları əkib, yaşıllıqlara qulluq göstəriblər.

Ekoloji aksiyanın başlıca məqsədi şagirdlərə ekologiyanın qorunması, yurd sevgisi ruhunda tərbiyə etmək, onlarda ekoloji şüuru formalaşdırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi