“Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib

İyunun 1-də məktəbin həyətində məktəbin ibtidai sinif müəllimi Aynurə Cəlilovanın təşkilatçılığı, rəhbərlik etdiyi 2 “Ə” sinif şagirdlərinin iştirakı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı şənlik təşkil edilib.
Nağıl və cizgi film personajları şənliyə dəvət edilib, onlar uşaqların vaxtlarının daha da maraqlı keçməsi üçün müxtəlif əyləncələr təqdim ediblər. Şagirdlər mahnı ifa edib, şeirlər söyləyib, maraqlı səhnəciklər göstəriblər.