“Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil edilib

İyunun 1-də məktəbin həyətində məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyevanın təşkilatçılığı, rəhbərlik etdiyi 1 “E” sinif şagirdlərinin iştirakı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil edilib.
Balaca fidanlar tədbirdə Azərbaycan və xarici mahnı və rəqslərini ifa edib, şeirlər söyləyib, tamaşa göstəriblər.