Maarifləndirici tədbir keçirilib

Mayın 31-də məktəbin akt zalında Səbail Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Toplantıda rayon polis idarəsinin məsul əməkdaşları, eləcə də pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb.