Hərbi idman bayramında birinci yerə layiq görülüblər

Mayın 27-də Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında “Şuşa İli”nə həsr olunmuş “Təlimdə tər, döyüşdə zəfər!” devizi altında hərbi idman bayramı keçirilib.
Şagirdlər birinci yer uğrunda bütün səy və bacarıqlarını səfərbər ediblər.
Yarışda məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Alim Qədirovun rəhbərliyi ilə məktəbin 10-cu sinif şagirdləri fəal iştirak edərək birinci yerin qalibi olublar.
Qalib komandaya fəxri fərman təqdim olunub.