“Müstəqilliyimiz - Zəfərimiz əbədidir” adlı ədəbi-bədii tədbir keçirilib

Mayın 27-də məktəbin akt zalında məktəbin musiqi müəllimləri İlahə Quliyeva və Əfsanə Axverdiyevanın təşkilatçılığı ilə 28 May -Müstəqillik Günü və “Şuşa İli”nə həsr olunmuş “Müstəqilliyimiz - Zəfərimiz əbədidir” adlı musiqili ədəbi-bədii tədbir təşkil ediblər.
Tədbirdə məktəb rəhbərliyi, məktəbin bir qrup müəllim və şagird heyəti iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edənlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu diqqətə çatdırıblar.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.