Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub

Mayın 24-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qıztamam Yaqubova məktəbin 6 “H” sinif şagirdləri ilə birgə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha sonra şagirdlərin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub. Şagirdlərə “Atəşgah məbədi”nin tarixi, buradakı eksponatlar barədə ətraflı məlumat verilib.