“Gənc xilasedici və yanğınsöndürən” yarışında fəal iştirak ediblər

Mayın 20-də Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə  Bakının ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

Yarışda məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Alim Qədirovun və məktəbin fiziki tərbiyə müəllimi Nahid Əzimovun rəhbərliyi ilə məktəbin 8-10-cu sinif şagirdləri fəal iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Yarışın məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi