Cüdo idman növü üzrə açıq birincilikdə qalib olublar

Mayın 15-də “Əhmədli” idman klubunun cüdo üzrə açıq birinciliyi keçirilib
2010-2011-ci il təvəllüdlü oğlanlar arasında mübarizə aparan məktəbin 5 “E” sinif şagirdi Murad Hüseynzadə (50 kq), 5 “E” sinif şagirdi Zakir Vəliyev (46 kq), 6 “F” sinif şagirdi Hüseyn Abbaslı (38 kq) və 6 “F” sinif şagirdi Fərid Mürvətov (36 kq) turnirdə birinci yeri tutublar.
Qaliblər diplom və medallarla təltif edilib.