DALĞALANAN BAYRAĞIM

Noyabrın 8-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə VIII və IX sinif şagirdlərinin hazırladıqları "Dalğalanan bayrağım" adlı tədbir keçirildi. Tədbir Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başladı. Tədbirdə məktəbin direktoru Xanlar İmaməliyev çıxış edərək bildirdi ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüs H.Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvanın Ali Məclisinin ümummilli liderin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhurriyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilməsi müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir. H. Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı. Sonra tədbir şagirdlərin ifasında bayraq gününə aid mahnılar və şeirlərlə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi