Dendrologiya İnstitutunda olublar

Mayın 13-də məktəbin riyaziyyat müəllimi Əfsanə Aydınova məktəbin 6 "G" və 7 "G" sinif şagirdləri ilə birgə Dendrologiya İnstitutunda olublar.
İnstitutun əməkdaşı şagirdlərə Dendrologiya İnstitutunun tarixi və böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında məlumat verib. O, uşaqları institutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər, ağac və kol bitkisi, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkiləri, fond kolleksiyaları ilə tanış edib.
Ekskursiyanın məqsədi şagirdlərə ekoloji tərbiyənin aşılanması, onlarda bitkilərə və heyvanlara məhəbbət hissinin formalaşdırılması olub.