“SASMO” beynəlxalq riyaziyyat olimpiadasında gümüş medal qazanıb

Aprelin ilk həftəsində Bakıdakı 200 nömrəli məktəb-lisey kompleksində respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) beynəlxalq riyaziyyat olimpiadası keçirilib.
Olimpiadada uğurlu nəticə göstərən məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadəyə gümüş medal təqdim olunub.
“SASMO” beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsində məqsəd aşağı siniflərdə təhsil alan şagirdlərin riyaziyyat fənninə motivasiyasını artırmaq, yuxarı sinif şagirdlərinin isə xarici ölkələrdə təhsil almalarına şərait yaratmaqdır.