“Suraxanı” gəmi muzeyində olublar

Mayın 11-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Azadə Əfəndiyeva 6 “B” sinif şagirdləri ilə birgə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Suraxanı” gəmi muzeyinə ekskursiya ediblər.
Tanker muzeyi ilə tanışlıq zamanı bələdçilər tərəfindən şagirdlərə ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin fədakarlıqları barədə geniş və ətraflı məlumat verilib.