II Xarıbülbül yaradıcılıq müsabiqəsində təşəkkürnamə ilə təltif olunub

Mayın 11-də Dendrologiya İnstitutunda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində II Xarıbülbül rəsm və əl işlərindən ibarət ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqədə məktəbin 6 “C” sinif şagirdi Nəzrin Əlizadə yaradıcılıq müsabiqəsinə təqdim etdiyi əl işlərinə görə təşəkkürnamə ilə təltif olunub.
Onu da qeyd edək ki, seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.