Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak edib

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Kulinariya Festivalı keçirilib.
Məktəbin texnologiya müəllimi Bəyim Qarayeva Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalında iştirak edib.
Bəyim Qarayeva festivalın möhtəşəm təşkil edildiyini bildirib, bu cür festivalların davamlı olmasını arzulayıb. O qeyd edib ki, festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri də təqdim edilib.