"Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

Mayın 10-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova məktəbin 8 “D” sinif şagirdləri ilə birgə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya ediblər.
Ziyarət zamanı şagirdlər Qala Qoruğu ilə yaxından tanış olub, onlara qoruğun tarixi və etnoqrafiyası haqqında geniş məlumat verilib.
Bildirilib ki, qoruqdakı abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb.