Əbədiyaşar liderin əziz xatirəsi dərin ehtiramla yad edilib

Mayın 10-da Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə Səbail rayon bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri ilə bərabər məktəbin rəhbər işçiləri və müəllim kollektivi Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında ucaldılan ümummilli liderin büstü önünə gül dəstələri qoyaraq, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə məktəbin direktoru Xanlar İmaməliyev çıxış edərək qeyd edib ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunub. Harada olmasından asılı olmayaraq, dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini əziz xatirə kimi daim yad edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi