İlk dərs saatları Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilib

Mayın 10-da məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Azadə Əfəndiyeva 6 “B” sinfində dərs məşğələlərinin ilk saatlarını ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edib. Şagirdlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlandırılıb.
Şagirdlərin təqdimatında Ulu Öndərin həyat və yaradıcılığı haqqında müxtəlif şeirlər təqdim olunub.