Məktəbdə Azərbaycan dili fənni üzrə açıq dərs keçirildi

Noyabrın 7-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi, fənn metodbirləşmənin sədri Quliyeva Xəyalə Şöhrət qızının VIII ç sinfində Muğan (idarə əlaqəsi) mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, Azərbaycan dili və Ədəbiyyat müəllimləri iştirak etdilər. Dərsdə: 1) fərdi, qrup, cütlərlə iş formasından 2) beyin həmləsi, sual-cavab, müzakirə, səssiz oxu iş üsullarından 3) dərslik, iş vərəqləri, əfsanələr kitabı resuslarından istifadə olundu. Şagirdlər hər qrupda 5 nəfər olmaqla 4 qrupa bölündülər. Dərslikdəki əsas mətn əfsanə olduğundan hər qrupa kiçik həcmli əfsanələr verildi.I qrup Turac əfsanəsiII qrup Ana əfsanəsiIII qrup Ana maral əfsanəsiIV qrup Yapalaq quşu əfsanəsiŞagirdlər öz qruo işlərini təqdim etdilər. Qrupun lideri seçdikləri nümunələri oxudular. Bürün qrupların təqdimatları nəzərdən keçirildikdən sonra müəllim tərəfindən idarə əlaqəsi haqqında ətraflı məlumat verildi. Şagirdlər öz aralarında dərs ərzində əldə etdikləri məlumatları müzakirə etdilər. Dərsdə fənlər arası əlaqəyə geniş yer verildi. Dərsin sonunda "İdarə əlaqəsi" mövzusunda keçirilmiş açıq dərs müzakirə olundu. Məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən kiçik nöqsanlar qeyd olundu. Ümumiyyətlə dərs yaxşı qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi