9 May - Qələbə Gününə həsr olunan tədbir təşkil edilib

Mayın 6-da məktəbin musiqi müəllimi Əfsanə Axverdiyeva 9 May - Qələbə Gününə həsr olunan tədbir təşkil edib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, həlak olan soydaşlarımızın xatirəsinin ehtiramla yad olunması, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıq haqqında gənc nəsli məlumatlandırmaqdan ibarət olub.
Sonda şagirdlər şeirlər səsləndirib, mahnılar oxuyublar.